Kamran Əiyev Rusiya çempionatının 1-ci divizionunda dubl edib

13 Oktyabr 2019 20:57 (UTC+04:00)

Azərbaycanlı futbolçu Kamran Əiyev Rusiya çempionatının 1-ci divizionunda növbəti qolları vurub.

SİA xəbər verir ki, o, 17-ci turun “Mordoviya”ya qarşı doğma meydanda keçirilən matçında (4:0) iki qola imza atıb. Start heyətdə meydana çıxan Kamran 6 və 47-ci dəqiqədə fərqlənib, 79-cu dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, bu, Əliyevin hazırkı mövsümdə 7-ci qolu olub.

“Ximki” 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.