Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir

13 Oktyabr 2019 15:16 (UTC+04:00)

Oktyabrın 13-də Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. SİA-nın TASS agentliyinə istinadən məlumatına görə, ikinci turda mübarizə müstəqil namizəd Kais Səid ilə "Tunisin ürəyi" partiyasının lideri, media maqnatı Nabil Karui arasında gedir.

Seçkilərin nəticələri oktyabrın 21-dək açıqlanacaq. Qeyd edək ki, birinci turda Kais Səid 18,4 faiz, Nabil Karui isə 15,6 faiz səs toplayıb. Ölkədə səsvermə hüququna malik vətəndaşların sayı 7 milyondan çoxdur.