Azərbaycanlı stilistlə çalışmağa pulumuz çatmaz - Demet Akalın

13 Oktyabr 2019 15:02 (UTC+04:00)

Türkiyəli müğənni Demet Akalın ötən gün konsert verib. SİA-nın məlumatına görə, Akalın səhnə görünüşünü stilist Anar Ağakişiyevə həvalə edib.

Anarla kulisdən videosunu yayımlayan Demet "Anar, sən gedəndən sonra mən nə edəcəm?" sözlərini deyib. Daha sonra səhnəyə çıxan müğənni A.Ağakişiyevdən bəhs edib. O, tamaşaçılardan Anar üçün alqış istəyərək "Normal halda onunla işləməyə pulumuz çatmaz. Çünki dünya ulduzları ilə çalışır. Mənimlə dost olduğu üçün makiyajımı etdi" sözlərini əlavə edib.