Prezident İlham Əliyev Aydın Süleymanovu təbrik edib

13 Oktyabr 2019 12:01 (UTC+04:00)

Prezident İlham Əliyev gənc şahmatçı Aydın Süleymanova təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".