Qubada gənc özünün tikdiyi hasarın uçması nəticəsində həyatını itirib

13 Oktyabr 2019 07:27 (UTC+04:00)

Qubada bədbəxt hadisə zamanı bir nəfər ölüb.

SİA xəbər verir ki, hadisə rayonun Alpan kəndində baş verib.

1998-ci il təvəllüdlü Səxavət Səfərov yaşadığı evin daş hasarını tikib. S.Səfərov iş görən zaman daş hasar uçaraq onun üzərinə düşüb. Ağır xəsarət alan S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.