Bakı Beynəlxalq avtovağzalın yanında gənc oğlan yolu keçərkən onu minik avtomobili vurub

13 Oktyabr 2019 04:58 (UTC+04:00)

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.
Belə ki, Beynəlxalq avtovağzalın yanında 1993-cü il təvəllüdlü Aslanlı Şəmşid Ağasəf oğlu piyada üçün müəyyən edilməmiş yoldan keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb.