Biləsuvarda bədbəxt hadisə nəticəsində övlad ananın ölümünə səbəb olub

12 Oktyabr 2019 19:41 (UTC+04:00)

Biləsuvarda bədbəxt hadisə nəticəsində övlad ananın ölümünə səbəb olub.

SİA xəbər verir ki, ötən gün rayonun Səmədabad kənd sakini, 1993-cü il təvəllüdlü Fəqan Məmmədov idarə etdiyi traktoru anası, 1959-cu il təvəllüdlü Umnisə Məmmədovanın üzərinə sürüb. Hadisə nəticəsində ağır yaralanan qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.