Kərim: "Fatma Mahmudova, hamının əsəblərini korlayırdız" FOTO

12 Oktyabr 2019 16:45 (UTC+04:00)

Müğənni Kərim Abbasov Xalq artisti Fatma Mahmudovanın ünvanına sərt sözlər yazdırıb. SİA-nın məlumatına görə, ifaçı hətta aktrisanı tənqid edib: "Fatma Mahmudova, siz niyə belə qurdlusunuz? Niyə yaşınıza sayqıyla yanaşmırsınız? Müsahibə vermisiniz ki, orada Niyam, Kəmalə və Murad Dadaşovdan başqa heç kimi tanımırsız. Siz deyildiz ki, o boyda millətin içində dəfələrlə deyən: Kərim, sənin "Mənə bir az ondan danış" mahnının hər zaman məni ağladıb, depressiyaya salıb? Dünənə kimi "balam" deyirdiz, indi tanımırsız? "Mən gənclərə hər zaman dəstəyəm" deyən qadın, bu nə danışıqdır?

Ora gələn gündən hamıda qıcıq yaradırsız. Amma biz gənc olaraq sizə hörmət edib, oyundan uzaqlaşdırmadıq. Baxmayaraq ki, hamının əsəblərini korlayırdız.

Türkana gələndə isə... Çox da gözəl müğənnidir. Siz tanımasanız heç nə dəyişmir. Yaxşı ki, "Bacanaqlar" serialı çıxdı, sizi bu millət tanıdı. O zamana kimi mən də sizi tanımırdım. Bir az sayqılı olun. "Maşın" qurtardı. Dincəlin".