Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Monteneqro Ticarət Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb

12 Oktyabr 2019 08:12 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Monteneqro Ticarət Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb.

SİA Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinə istinadən xəbər verir ki, sazişə əsasında əməkdaşlıq və müştərək layihələr üçün potensial imkanlar araşdırılacaq, ticarət və iqtisadi əlaqələrin genişlənməsi təşviq ediləcək, qarşılıqlı sərmayə imkanları dəyərləndiriləcəkdir.

Bu sazişin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.