Kuba siyasətində 43 ildən sonra bir ilk - prezident seçilib

11 Oktyabr 2019 07:24 (UTC+04:00)

Kubada 43 ildən sonra, aprel ayında dəyişiklik edilmiş yeni bir konstitusiyaya uyğun olaraq prezident seçilib.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, Havana Konqres Sarayında keçirilən fövqəladə iclasda Xalq Gücü Milli Məclisinin (ANPP) üzvləri Kuba Dövlət Şurasının hazırkı prezidenti və Nazirlər Şurasının sədri Miguel Diaz-Caneli 2023-cü ilə qədər prezident seçiblər.

Salvador Valdes Mesa vitse-prezident, Esteban Lazo Hernandez isə ANNP və Kuba Dövlət Şurasının prezidenti seçilib.

Miguel Diaz-Canelin dekabr ayında baş nazir təyin edəcəyi gözlənilir. Təyin ediləcək baş nazir Fidel Kastrodan sonra ölkədə ilk baş nazir olacaq.

Qeyd edək ki, 1976-cı ildə Kubada Fidel Kastronun rəhbərliyi ilə konstitusiya dəyişiklik edilib və dövlət başçısı vəzifəsi Kuba Dövlət Şurasının və Nazirlər Şurasının prezidenti olaraq dəyişdirilib. Bu ilin aprel ayının əvvəlində təsdiqlənən yeni konstitusiya dəyişikliyi 43 ildən sonra ölkədə prezident seçilməsinə imkan verib.

Ölkənin konstitusiyasında "dövlət və millətdən üstün" olaraq xarakterizə edilən Kuba Kommunist Partiyasının (PCC) üzvləri qanunverici hakimiyyəti ilə yanaşı yüksək səviyyəli idarəçiləri də seçmək imkanına malikdirlər.