Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib

11 Oktyabr 2019 02:54 (UTC+04:00)

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər berir ki, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1987-ci il təvəllüdlü Rəhimov Seyidəli Böyükağa oğlu bıçaqlanıb.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata götürülüb.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı Sabirabad Rayon Polisi Şöbəsində araşdırma aparılır.