Çində körpü çöküb: avtomobillər dağıntı altında qalıb

10 Oktyabr 2019 19:04 (UTC+04:00)

Çinin Ciansu vilayətinin Usi şəhərində yol qovşağının anidən çökməsi nəticəsində 3 avtomobil dağıntı altında qalıb. SİA şəhər polisinin məlumatına istinadla xəbər verir ki, yerli vaxtla 18:10-da (Bakı vaxtı ilə 14:10) baş verən hadisə nəticəsində dağıntı altında qalan avtomobillərdən biri əvvəlcədən park edilibmiş, ona görə də içərisində heç kim olmayıb. Digər avtomobillər isə hərəkətdə olarkən dağıntı altında qalıb.

Hazırda həmin avtomobillərdə olanların axtarış-xilasetmə işləri aparılır. Əraziyə xüsusi texnika cəlb olunub.