"Tuluza" baş məşqçisini qovdu

10 Oktyabr 2019 22:36 (UTC+04:00)

"Tuluza" baş məşqçisi Alen Kazanova ilə yolları ayırıb. Klubun saytında yer alan məlumatda deyilir ki, 58 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edilib. Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. Qeyd edək ki, "Tuluza" 9 turdan sonra Fransa çempionatında 9 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.