Aksiyaçılar Ermənistan hökumətindən təzminat tələb edirlər

10 Oktyabr 2019 13:50 (UTC+04:00)

Turizm agentlikləri tərəfindən aldanan Ermənistan vətəndaşları hökumətdən təzminat tələb edirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, turizm agentlikləri tərəfindən aldadılan vətəndaşlar bu gün Ermənistan hökumətinin qarşısında etiraz aksiyası keçirirlər.

Məlumatda qeyd olunur ki, aksiyada iştirak edən qadınlardan biri jurnalistlərə verdiyi müsahibədə 250-dən çox ailənin “Travelan” turizm kompaniyasının direktoru Anna Saakyanın fəaliyyətindən zərər çəkdiyini, bu ailələrdən yalnız 50-nin ədaləti bərpa etmək və pullarını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etdiklərini söyləyib.
“Cinayət işi açılıb, amma həmin vaxtdan aylar keçib və biz heç bir dəyişiklik görmürük. Hökumətdən zərər çəkmiş vətəndaşlara kompensasiya verilməsini tələb edirik. Turizm agentliyinin 23 yaşlı direktoru təkbaşına 250 ailəni aldada bilməz", deyə aksiya iştirakçısı bildirib.
Xatırladaq ki, “Travelan” turizm kompaniyasının direktoru Anna Saakyanın bir çox vətəndaşları vətəndaşları 1 milyon dram, bəzilərini isə 4 min dollar məbləğində ziyana salıb və aldadıb. Ermənistan hakimiyyəti isə aksiyaçıların dili ilə desək, aylar keçməsinə baxmayaraq heç bir tədbir görmür. Hətta aksiyaçılar hesab edirlər ki, “Travelan” turizm kompaniyasının direktoru hökumətlə əlbir olaraq onları aldadıb. Yəni, aksiya iştirakçıları bu aldadılmaqlarında Ermənistan hökumətinin də əli olduğunu iddia edirlər. Həm də vətəndaşların hüquqlarının müdafiəsini tələb etməkdə haqlı olduqları qənaətindədirlər. Məhz buna görə də aksiyaçılar Ermənistan hökumətindən təzminat tələb edirlər.