Macarıstan - Azərbaycan matçının hakimləri açıqlanıb

10 Oktyabr 2019 13:43 (UTC+04:00)

Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyununun hakimləri açıqlanıb. SİA-nın məlumatına görə, oktyabrın 13-də baş tutacaq görüşü hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Bas Niyhuys yerinə yetirəcək.

Qeyd edək ki, Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.