Kəmalə Piriyeva maşından əlini çəkib? VİDEO

10 Oktyabr 2019 11:19 (UTC+04:00)

"Maşın" şouda iştirakçılardan olan aparıcı Kəmalə Piriyeva ilə bağlı sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, videoda Kəmalənin əlini avtomobilin üstündən çəkdiyi əks edilib.

Həmin videonu müğənni Rəqsanə İsmayılova "İnstagram"da yayımlayaraq, Kəmalənin əlini çəkməsinə göz yumulduğunu bildirib. İfaçı layihə rəhbəri Xalq artisti Murad Dadaşova səslənib: "Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqda danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz".

Şounu bir neçə gün əvvəl tərk edən Aysun İsmayılova isə sosial şəbəkədə canlı yayıma girərək, Kəmalədən bəhs edib: "Kəmalə böyük rəqibdir. Onun da səbəbi var".