Azərbaycan millisi Fransa komandası ilə görüşəcək

10 Oktyabr 2019 10:26 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 4-cü matçına çıxacaq.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa ilə görüşəcək. U-21 yığmamız bu matçı səfərdə keçirəcək.

Əvvəlki üç qarşılaşmada 3 xal yığan Azərbaycan millisi hesabını artırmaq üçün güclü rəqibi büdrətməlidir. İlk səfər oyununda Lixtenşteynə uduzan futbolçularımız daha güclü rəqibdən xal almaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, komanda matça itki ilə çıxacaq. Fransaya buraxılmayan Tural Bayramlı milliyə kömək edə bilməyəcək.

U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
10 oktyabr
23:00. Fransa – Azərbaycan
Baş hakim: Antonio Emanuel Karvalyo Nobre
Baş hakimin köməkçiləri: Nuno Pereyra, Bruno Alves Xesus
Dördüncü hakim: Helder Malheiro (hamısı Portuqaliya)
Kale. “Stad Lepope”