Türkiyənin Suriyada antiterror əməliyyatı BMT-də müzakirə olunacaq

9 Oktyabr 2019 22:14 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası oktyabrın 10-da Türkiyə ordusunun Suriyanın şimalında əməliyyata başlaması ilə bağlı məsələni müzakirə edəcək. “Report” “Reuters”ə istinadən xəbər verir ki, müzakirə Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Polşa nümayəndələrinin istəyi ilə keçiriləcək.