Mbappe Türkiyə millisinə qarşı oynamayacaq

9 Oktyabr 2019 22:39 (UTC+04:00)

“Paris Sen-Jermen” futbol klubunun hücumçusu Killian Mbappe Fransa millisinin heyətinə daxil edilməyib. Fransa Futbol Federasiyasının saytında yer alan məlumatda deyilir ki, buna hücumçunun zədəsini tam sağalda bilməməsi səbəb olub. İyirmi yaşlı hücumçu “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İslandiya, oktyabrın 14-də isə Türkiyə ilə matçları buraxacaq. Xatırladaq ki, K.Mbappe Fransa çempionatının üçüncü turunda “Tuluza” ilə oyunun 66-cı dəqiqəsində zədələnib.