Avropa çempionatında Azərbaycanı beş şahmatçı təmsil edəcək

9 Oktyabr 2019 15:25 (UTC+04:00)

Oktyabrın 23-də Batumidə kişi şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatı start götürəcək. SİA-nın xəbərinə görə, çempionatda Azərbaycan yığması da iştirak edəcək. Millimizin kapitanı Eltac Səfərli olacaq. Yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alıblar.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara sahib olub.