Heç kimə lazım olmayan lazımsız müfalifət TƏHLİL

9 Oktyabr 2019 14:09 (UTC+04:00)

Azərbaycan müxalifətinə məxsus bir çox təsəvvürlər və bu təsəvvürlərdən doğan istəklər var ki, həmin təsəvvürlərin və istəklərin mərkəzində mitinq keçirmək şakəri dayanır. Bu küçə müxalifıtçilərinin dərrakəsinə görə mitinq hakimiyyətə qarşı mübarizınin ən effektiv formasıdır. Amma hələ də ötən əsrin sonlarında qalan ölkə müxalifətçiləri bu vaxta qədər anlaya bilməyiblər ki, artıq bu heç də belə deyil.

Dünya təcrübəsinə, xüsusilə son dövrlərdə dünyada baş verən hadisələrə nəzər saldıqda görürük ki, mitinqlər sadəcə kortəbii xalq kütləsinin hərhansı bir səbəbə qarşı etirazıdır. Kütlə nə hakimiyyət arzusunda deyil, kütlənin nə vəzifə istəyi ola bilər, nə də iqtidara iddiası barədə söhbət belə gedə bilməz. Kütlə hətta onun da fərqində deyil ki, toplaşması bir neçə avantüristin mənafeyinə xidmət edir. Eyni ilə Əli Kərimlinin qrant almasına, övladını xaricdə oxutması, yaşatması üçün vəsait əldə etməsinə, ən azından siyasi divident qazanmasına xidmət etdiyi kimi. Bundan artığına da özünü bu müxalifətin lideri kimi təqdim edən Kərimli heç ümid belə etmir. Çünki çox yaxşı başa düşür ki, mitinqləri, daha doğrusu mitinq adı verdiyi etiraz aksiyaları bundan artığını vəd edə bilməz. Müxalifətçilərin başbiləni dünya təcrübəsi ilə məgər tanış deyilmi? Bilmirmi ki, çağırış etdiyi aksiyalar əslində təmsil olunduğu, guya ki, liderlik etdiyi müxalifətin güclənməsi deyil, əksinə zəifləməsinə xidmət edir? Bəlkə bu avantürist onu da bilmir ki, keçirilən aksiyalar hakimiyyətin daha da güclənməsinə xidmət edir və dünya təcrübəsindən də yoxsa xəbərsizdir bu avantürist? Əsla inandırıcı görünmür ki, az qala 30 ilə yaxın müddətdə siyasi səhnədə min bir oyundan çıxan bir manipulyator İraq, Suriya, Kolumbiya, Venesuela, Honkonq, hətta Kanada və ABŞ-dakı mitinqlərin nəticələrindən xəbərsizdir. Yəni buna inanan ola bilərmi ki, sadalanan ölkələrdəki mitinqlərin sonu nə ilə nəticələndiyini bu hiyləgər bilmir? Bilmir ki, mitinqə çıxan etirazçıların sayı nə qədər çoxdursa, paradoksal olsa da belə hakimiyyət o qədər də güclənir?
Dünya təcrübəsi çox mətləblərə aydınlıq gətirilməsi üçün kifayət qədərdir. Məsələn, Kanada və ABŞ-dakı mitinqlərə və yürüşlərə fikir verdikdə görürük ki, bu insanlar nəinsə çatmadığını, hansısa ehtiyacın olduğunu, hansısa etirazı çatdırmaq istədiklərini bildirirdilər. Lakin hər dəfə onların etiraz nümayişləri dağıdıldığının, polisin çox qəddarcasına davranışının, etirazçıları bir kənara sıxışdırdığının şahidi olurduq. Onun da şahidi olurduq ki, sıxışdırılmış insanlar telekanallara, telekameralara üz tuturdular, çünki, onların məqsədi sadəcə istəklərini nəzərə, diqqətə çatdırmaqdır. Bu vəziyyətin isə hakimiyyətə heç bir mənfi təsirindən söhbət gedə bilməz və əslində, bu halda hakimiyyətin fəaliyyətinin bir az da aktivləşməsi müşahidə olunur.
Rusiyada, xüsusilə Moskvanın mərkəzində olan mitinqləri xatırladıqda görürük ki, bu mitinqlər də hakimiyyətə zərrə qədər mənfi təsir göstərmədi. Əksinə, hakimiyyətin rıçaqları daha da möhkəmləndi, hakimiyyətin xalq arasında populyarlığı daha da artdı, hakimiyyət institutlarının və strukturlarının fəaliyyəti daha da intensivləşdi. Son nəticədə isə mitinq vasitəsilə xalqa xitab etmək istəyənlər uduzdular. Uduzmaqları bir tərəfə, yox dərəcəsində olan nüfuzları da tamamilə heçə döndü.
Honkonqdakı mitinqlərdə də eynisini müşahidə etdik. Honkonq Çinin mövcud strukturlarını dəyişmək üçün Qərbin ortaya atdığı bir ssenari olmasına baxmayaraq yenə nəticəsiz oldu. Bu mitinqlərin də hansısa nəticə verdiyini görən olmadı. Hakimiyyət zərrə qədər uduzmadı. Bir az da möhkəmləndi və bir az da fəallaşdı.
Azərbaycanda da vəziyyət eyni şəkildədir. Ölkədə kimlər tərəfindənsə narazı salınan insanlar, hansısa səbəbə görə etiraz edən xalq kütləsi nə vəzifə arzusundadır, nə iqtidara gəlmək istəyindədir, nə də hakimiyyəti ələ keçirməyə meyilli belə deyil. Sadəcə, hansısa səbəbə görə narazı olan insanlar bunun barəsində hakimiyyətə məlumat vermək arzusundadır. Əli Kərimli kimi manipulyator, avantürist isə bu məqamdan yenə də öz çirkin məqsədləri üçün məharətlə istifadə edir və sonra da öz mənafeyinə xidmət etməsi üçün bu kütlədən yararlanmağa çalışır. Bir çox hallarda buna nail olur da. Belə aksiyalar, mitinq adı verilən toplantılar barədə dəfələrlə şişirdilmiş məlumatlar bu xalqa, bu dövlətə düşmən kəsilən və onlara qrant ayıran qruplara göndərilir ki, müxalifət başbiləni ailəsinin xaricdə yaşayışını təmin edəcək vəsaitləri, pulları əldə edə bilsin. Təbii ki, ona bu vəsaitlər, pullar anti-milli addımlar atdığına görə ölkəmizi gözü götürməyən ermənipərəstlər tərəfindən verilir.
Qeyd olunduğu kimi, Kərimlinin timsalında müxalifət başbilənləri bundan artığına, yəni sahibinin ona xəyanət müqabilində veriklərindən artığına ümid belə etmirlər. Bilirlər ki, sosial sifariş hesab olunmayan bu mitinqlərin mahiyyəti belə yoxdur və bu mitinqlərin təsir dairəsi də sıfırın altındadır. Azərbaycanda hakimiyyətə sözünü demək istəyən qüvvələr meydanda ən azı bir milyon insan toplaşdığını görməlidir. Çünki, dəfələrlə qeyd olunduğu kimi, 10 milyonluq xalqın mitinqə toplaşanlarının sayının Ə.Kərimli yuxusunda belə 100 minə çatdığını görsəydi də bu onun üçün yetərli ola bilməzdi. Çünki, Toplaşanların sayı milyondan az olduğu təqdirdə mitinqin hansısa təsirindən söhbət belə gedə bilməz və Azərbaycan müxalifətçiləri hansısa idman meydançasına üç, beş, on, hətta yuxusunda belə görmədiyi əlli min adamı toplamaqla hakimiyyətə sözünü ultimativ şəkildə demək gücünə və iqtidarına malik ola da bilməz. Hay-küy salıb, istefa, azadlıq kimi şuarlar səsləndirməklə siyasi mübarizənin başa çatdığını və yaxud başlandığını bəyan etməklə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycan müxalifətinin gec də olsa ən azından qəflət yuxusundan ayılmaq vaxtıdır. Bəsdir 26 il bu yuxuda, qəflət yuxusunda yatdıqları. Kimlərə isə xidmət etmək, kimlərinsə sifarişlərini yerinə yetirmək Azərbaycan hakimiyyəti ilə mübarizə aparmaq bəhanəsi ilə Azərbaycana, xalqa və hakimiyyətə qarşı mübarizə aparmaq, nifrət və söyüş üzərinə köklənmiş iyaişə müxalifətindən faydalanmaq cəhdləri radikal müxalifətə heç nə vəd etmir. Radikal müxalifətin liderləri, xüsusilə, böyük və ya kiçik sayılan partiyaların rəhbərləri gec də olsa düşünməlidirlər ki, 26 illik uğursuzluğa, uğursuz mübarizəyə, mənasız və nəticəsiz fəaliyyətə, küçə hay-küylərinə artıq son qoymaq lazımdır. Hazırda dünya təcrübəsində sivil qaydada mübarizə üsulundan istifadə edilir və effekti də göz qabağındadır.
Əgər Azərbaycan müxalifəti normal siyasi mübarizə istəyirlərsə, sivil qaydada bu mübarizəni aparmalı, parlament seçkilərinə heç olmasa majoritar qaydada qatılmalı, sözlərini parlamentdə deməli və qanunvericilik təşəbbüsləri ilə çıxış etməlidir. Müxalifətin fəaliyyəti qanunları pozmaqdan ibarət deyil. Əksinə, müxalifət qanunlara söykənməli, sivil qaydada plan və proqramlarla çıxış etməlidir.
Göz qabağında olan budur ki, Azərbaycam müxalifəti çox zəif, dağınıq və nəyə isə nail olmaq istədiyini bəyan etməkdən başqa heç nəyə, heç bir işə yaramayan siyasi partiyalar yığınından ibarətdir. Qeyd etdiyimiz kimi, siyasi partiyalar yığınından ibarət müxalifət sonda hakimiyyətin daha da güclənməsinə rəvac verdiyini anlamalıdır. Anlamalıdır ki, siyasi mübarizəyə, ələlxüsus sağlam siyasi mübarizəyə qoşulan müxalifət nə qədər güclü olarsa, hakimiyyət də bir o qədər güclənər. Məhz bu baxımdan Azərbaycan hakimiyyətinin də digərləri kimi güclü müxalifət istəyi var. Lakin güclü müxalifətə ehtiyac olsa da heç bir ölkədə xalqa, dövlətə düşmən kəsilən, xaricdən maddi vəsait alıb xaricdə yaşayan, xarıcə qısılan, satılan iyaşə müxalifətinə qəti ehtiyac yoxdur. Bir sözlə, sosial şəbəkələrdə, küçə və meydanda nifrin və qarğışlar yağdıran belə bir müxalifət nə xalqa lazımdır, nə hakimiyyətə, nə də müxalifətin elə özünə. Qısası, heç kimə lazım olmayan lazımsız müfalifət cəmiyyətdə də artıqdır və onsuz da mənasız fəliyyətlə məşğul olanların siyasi səhnəni tərk etməsinin çoxdan vaxtı yetişib.