Castin Qetji Həbib Nurməhəmmədovla döyüşmək istəyir

9 Oktyabr 2019 12:25 (UTC+04:00)

UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun potensial rəqibləri sırasına daha bir döyüşçü qoşulub.

SİA-nın məlumatına görə, amerikalı Castin Qetji rusiyalı ilə qarşılaşmaq istədiyini açıqlayıb.

O bildirib ki, yüngül çəki dərəcəsində çempion olan H. Nurməhəmmədovla mümkün qədər tez döyüşmək istəyir. Çünki rusiyalı karyerasını bitirənə qədər o qədər də çox sınağın olmadığını bildirib: "Həbib dəfələrlə ictimaiyyətə açıqlayıb ki, çox döyüş keçirməyəcək. Buna görə də karyerasını başa vuranadək bu istəyimi həyata keçirmək istəyirəm. Hansısa yolla onunla qarşılaşmanın təsdiqinə nail olmalıyam".

Qeyd edək ki, 23 döyüş keçirən C. Qetji 21-də qalib gəlib. H. Nurməhəmmədov isə 28 qarşılaşmanın hamısında qələbə qazanıb.