Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb

9 Oktyabr 2019 10:13 (UTC+04:00)

Almaniyada F-16 qırıcısı ölkənin cənub-qərbindəki Trier-Saarburq bölgəsində qəzaya uğrayıb. Amerikanın Spanqdal aviabazasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, pilot uğurla katapult edib, o yüngül xəsarətlər alıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.