Filadelfiya təcrübəsi və mahiyyəti nədir?! ARAŞDIRMA

2 Oktyabr 2019 17:46 (UTC+04:00)

Zamanda səyahət!

1930-cu illərdə Amerika hökuməti elm insanlarından gəmilərin radarlarda görünməməsi üçün bir layihə işləmələrini sifariş vermişdi. Hökümətin bu istəyində əsas məqsəd Almaniyaya qarşı mübarizədə üstünlük əldə etmək idi. Bu üstünlük də radar görünməzliyi ola bilərdi. Buna görə də 1933-cü ildə Nikola Tesla ilə razılaşma əldə edirlər və onun sədrlik etdiyi bir qrup elm adamı Amerika hökümətinin bu istəyini gerçekləşdirmək üçün işə başladılar. Və bu andan etibarən Filadelfiya təcrübəsi başlayır.

3 il sonra, yəni 1936-cı ildə Tesla əhəmiyyətli irəliləyişlər əldə etdi və hətta layihəni o qədər irəliyə apardı ki, insansız bir gəmini gözdən itirib yenidən geri gətirməyi bacardı. Lakin səlahiyyətli şəxslər təcrübənin insanlı olaraq həyata keçirilməsini istədilər. Tesla da insanlara zərər gəlmədən bu təcrübənin həyata keçirilməsinin qeyri-mümkün olduğunu demişdi. Tərəflər arasındakı anlaşmazlıqdan sonra Tesla bu layihədən ayrıldı və işin başına professor Con Von Nyuman keçdi. Bu əsnada Amerika hökümətinə çalışan elm adamları arasında dünyanın ən böyük dahilərindən biri Albert Eynşteyn də var idi. Bu səbəbdən Filadelfiya təcrübəsinə ən böyük töhfələrdən birinin Albert Eynşteyn aid olduğu deyilir. Çünki Eynşteynin nisbilik nəzəriyyəsinin təcrübənin uğuruna imza atan faktor olduğu düşünülür. Eynşteyn bu nəzəriyyəsini 1925-1927-ci illərdə Almaniyada yayımlanan bir elmi jurnala dərc etdirmiş, lakin tamamlaya bilmədiyini düşündüyü üçün sonradan dərci dayandırmışdır.

1943-cü ilin iyununda Filadelfiya təcrübəsi ilk dəfə insanla sınaqdan keçirildi. Təcrübə üçün kiçik bir gəmi seçildi. Sonda gəmiyə elektromaqnit sahə yaradan təchizat yerləşdirildi və dənizdə sınaqdan çıxarıldı. Sınaq əsnasında ekipaj da gəmidə idi. Hətta sınağa başqa bir ticarət gəmisinin ekipajı da şahidlik etdi. Sınaq 22 iyul 1943-cü il saat 09:00-da başladı. Və elektromaqnit sahəni yaradan təchizatın generatorları çalışdırıldı və daha sonra gəminin ətrafını yaşıl bir duman bürüdü. Bir neçə dəqiqə sonra bu duman gəminin hər tərəfinə yayıldı və gəmini görmək mümkün olmadı. Müşahidə nöqtəsindəki qəbuledicilər gəminin elektromaqnitik bir sahə ilə əhatələndiyini göstərdi. Bir neçə dəqiqə sonra duman çəkiləndə sınağın istəniləndən daha uğurlu alındığı ortaya çıxdı. Çünki gəmi sadəcə radarlardan deyil, ekipajla bərabər gözdən də itmişdi. Gəmi nə radarlarda, nə də digər cihazlarda görünmürdü.

Bu hadisə yaşanandan 15 dəqiqə sonra duman yenidən göründü və duman çəkilməyə başlayanda gəmi yenidən göründü. Lakin tərs gedən nəsə vardı. Gəmiyə göndərilən radio mesajlara heç bir cavab gəlmirdi. Bu zaman səlahiyyətli şəxslər nəzarət üçün gəmiyə getdilər və gəmidəki ekipajın bir çoxunun əsəb sarsıntısı keçirdiklərini gördülər, ekipajın qalan hissəsinin isə yaddaşı itmişdi, heç nəyi xatırlamırdılar.

Bu sınaqdan bir ay sonra gəmidə bəzi dəyişikliklər edildi və gəmini ikinci dəfə sınaqdan keçirdilər. Gəmi sınaqdan çıxarılarkən gövdəsinin sadəcə bir qismi görünürdü. Bir anda gəmidən gözləri kor edə biləcək dərəcədə mavi işıq partlayışı gəldi və gəmi bir anda gözdən itdi. Nəzərdə tutulan isə bu deyildi, onlar sadəcə radarlarda görünməzlik istəyirdilər. Son çarə olaraq əsas generatorların güc sərfiyyatı azaldıldı. Bu zaman gəmi yenidən göründü. Lakin bu dəfə də ekipajda itkilər oldu, sağ qalanlar isə dəlilik həddinə çatmış və hərdən yenə də görünməz olurdular. Bir neçə gün sonra gəmi gözdən itərkən harada peyda olduğu tapıldı. 640 km kənarda başqa bir limanda gəmi peyda olmuş və qısa müddət orada görünmüşdü.

Bunu isə Eynşteynin zamanla bağlı nəzəriyyəsi ilə açıqlamaq olar. Zaman axıb gedən bir məfhum deyil. Yaşadığımız hər an bir yerlərdə qedlənir və gözləyir. Bu gəmi də başqa limanda görülməsinin səbəbi də budur. Yüksək maqnit rezonansı nəticəsində gəmidə vaxt və ölçü qırılması olmuş, molekulyar ötürmə baş vermişdir. Bəs bu ötürmə hara doğru baş vermişdi!? Təbii ki, gəminin keçmişdə olduğu bir limana doğru. Yəni gəminin o limanda olmasının səbəbi gəminin keçmişdə orada olması idi. Bu təcrübə tarixə ilk və tək “Görünməzlik” təcrübəsi kimi düşdü. Amerikan höküməti isə öz növbəsində bu təcrübənin keçirildiyi və varlığını əsla qəbul etmədi.