Bu gün Azərbaycana payız gəlir

23 Sentyabr 2019 09:01 (UTC+04:00)

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.