Çində yük maşınının sürücüsü idarə etdiyi avtomobili insanların üstünə sürüb

23 Sentyabr 2019 06:29 (UTC+04:00)

Çinin Sianqtan şəhərinin mərkəzində yük maşınının sürücüsü idarə etdiyi avtomobili insanların üstünə sürüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Yük maşınının sürücüsü saxlanılıb, hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.