Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir

22 Sentyabr 2019 16:40 (UTC+04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparıb. Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").