Murad aparıcılıq etməkdən imtina edib

22 Sentyabr 2019 13:36 (UTC+04:00)

Aktyor Murad Yıldırım Türkiyədə yayımlanan "Kim Milyoner Olmak İster?" yarışmasına aparıcılıq etməkdən imtina etdiyini açıqlamışdı. SİA-nın məlumatına görə, həmin gündən proqrama kimin gələcəyi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Ötən gün isə yarışmanın yeni mövsüm anonsu yayımlanıb. Bəlli olub ki, Muradı həmkarı Kenan İmirzalıoğlu əvəzləyəcək.