Macarıstan polisi dəmir yolu konteynerində 38 qeyri-qanuni miqrant aşkarlayıb

22 Sentyabr 2019 05:49 (UTC+04:00)

Macarıstan polisi ölkənin Serbiya ilə sərhədində dəmir yolu konteynerində 38 qeyri-qanuni miqrant aşkarlayıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Macarıstan polisi Kelebia sərhəd məntəqəsində yük konteynerində 38 miqrant tapıb. Onların otuz altısı əfqan, daha ikisi eritreyalılardır”, - məlumatda belə deyilir.

Tapılan miqrantların heç birində Macarıstanda qalmaları üçün sənəd olmadığından, onlar sərhəddəki Tompa-Kelebia qəbul mərkəzinə göndərilib.