Azərbaycan Milli Kitabxanasında "21 sentyabr - Beynəlxalq Sülh Günü" adlı kitab sərgisi açılıb

22 Sentyabr 2019 03:19 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı 1981-ci il sentyabrın 21-də dünyanın 192 ölkəsinin səs çoxluğu ilə Beynəlxalq Sülh Gününün qeyd olunması barədə qərar qəbul edib.

Bu münasibətlə sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında "21 sentyabr - Beynəlxalq Sülh Günü" adlı kitab sərgisi açılıb.

SİA Milli Kitabxanaya istinadən bildirir ki, təqdim olunan sərgidə Azərbaycan, rus və digər dillərdə kitab və dövri mətbuat materialları sərgilənir.