Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTOLAR

21 Sentyabr 2019 12:24 (UTC+04:00)

Sosial şəbəkədə Fuad Qəhrəmanlı tərəfindən zorakılığa məruz qalan həyat yoldaşı Zümrüd Yağmurun xəsarətlərini əks etdirən fotoları paylaşılıb. SİA-nın məlumatına görə, fotoları sosial şəbəkədə jurnalist Gülnarə Mehdiyeva yayımlayıb.

Jurnalist bildirib ki, ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm də cəbhəçilər yaxşı bilirdi: "Fuadın məşhur məşuqəsini də tanıyırlar, başqa qadınları da. Mən və Fidan Nazar Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşanmaq olmur. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu səviyyədə nifrətini qazanacaq qədər nə edə bilərdi? Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın. Çünki bilirik, o danışsa, "axecepe"nin hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır".