Güləşçilərimizdən ikisi mübarizəyə qoşulublar

21 Sentyabr 2019 12:06 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan Qvarzatilovun 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodriges olub.

Görüş Qvarzatilovun qələbəsi ilə yekunlaşıb - 7:0.

Digər sərbəst güləşçimiz Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub. İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.

Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.