Bu gün son 4 sərbəst güləşçimiz mübarizəyə başlayır

21 Sentyabr 2019 09:32 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. SİA-nın məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Bu gün əvvəlcə C xalçasında Aleksandr Qostiyev (86 kq), daha sonra isə A xalçasında Şərif Şərifov (97 kq) mübarizə aparacaq.

Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (79 ikinci mərhələdən mübarizəyə qoşulacaq.

61 kq
1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (CUB)

79 kq
1/8 final - Cəbrayıl Həsənov - Andrey Sokalski (POL) / Dmitri Tkaçenko (UKR)

86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (UZB)

97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (KOR)