Vladivostok şəhərindəki "Maksim" ticarət mərkəzində güclü yanğın olub

21 Sentyabr 2019 05:43 (UTC+04:00)

Rusiyanın Vladivostok şəhərində 100 illik yubiley prospektində yerləşən ən böyük ticarət mərkəzlərindən birində - “Maksim”də güclü yanğın olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin dördüncü mərtəbəsindəki “Yay” kafesində baş verib.

Yanğından mühafizə briqadaları altı dəqiqədən sonra hadisə yerinə gəlib. Yanğın min kvadrat metr sahəni əhatə edib.

İlkin məlumatlara görə, ikinci dərəcəli çağırışla qeydə alınan yanğın zamanı tələfatın olmadığı bildirilib.