Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlanğıcı "Əsrin müqaviləsi" - 25 il

20 Sentyabr 2019 18:36 (UTC+04:00)

YAP Xaçmaz rayon təşkilatı ilə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrin Müqaviləsi"nin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq qeyd edib ki, "1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" Sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmışdır".

N.Ağayev bu tarixi sazişin Azərbaycanın inkişaf yolunun həmin tarixdən başlandığını bir daha tədbir iştirakçılarının nəzərinə çatdrımaqla bildirdi ki, ötən 25 il ərzində, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində, ölkəmizi dünya iqtisadiyyatının tərkib hissəsinə daxil olmasına nail oldu: "Əsrin müqaviləsi" Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlanğıcıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji strategiyası bu gün ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafı, dərin islahatları təmin edərək Azərbaycanı yeni-yeni zirvələrin fəthinə doğru aparır".

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının şura üzvü Heydər Əliyev, Heydər Əliyev adına Mərkəzin direktoru Könül Əsgərova "Əsrin müqaviləsi"nin imzalandığı tarix və bugünki Azərbaycan" mövzusunda məruzə ilə çıxış edərək bildiriblər ki, "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə, həmçinin, Azərbaycanın həyata keçirdiyi neft strategiyasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm roldan danışıb.

YAP Xaçmaz rayon təşilatının sədr müavini Abasyar Heydərov, ərazi ilk partiya təşkilat sədri Məhərrəm Abasov da çıxışlarında "Əsrin müqaviləsi"nin keçdiyi 25 il ərzində əldə olunan nailiyyətlərdən danışıblar.

R.HÜSEYNOVA