Azərbaycanlı modelin çıxışı türk mediasının manşetlərində oldu FOTO

20 Sentyabr 2019 17:39 (UTC+04:00)

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın Nyu-York Moda Həftəsindəki çıxışı ötən gün türk mediasının manşetlərində olub. SİA-nın məlumatına görə, onun fotosunun Moda Həftəsinin rəsmi "İnstagram" hesabında paylaşılmasından bəhs edilib.

Bildirilib ki, Günay barədə rəylərdə “Hollivud yanağı” əməliyyatı etdirməsi barədə fikirlər yer alıb.

Sənətçi isə sözügedən fikirlərə "İnstagram" “Story”də cavab verib.

“10 il öncə də yanaqlarım bu formada idi və həmin illərdə "Hollivud yanağı" əməliyyatı yox idi.

Estetik əməliyyata qarşı deyiləm. Lazım gələrsə, etdirərəm. Ancaq bu mövzuda əməliyyata ehtiyacım yoxdur” deyə, Günay bildirib.