#SelcanÜçünSusma həştəqi – İlahi ədalət ANALITIK

20 Sentyabr 2019 13:34 (UTC+04:00)

Və ya cırın maskalarını bolşevik təfəkkürlü sözdə demokratların!

“İllərlə deyirik bolşevik təfəkkürlü sözdə demokratlar əslində cəmiyyətdə olduqları görünməyib və yalandan özlərini insan hüquqları uğrunda mübarizə aparırlarmış kimi göstərirlər. Bunları tanıyan onsuz da tanıyır. Amma bu ''demokratıya aşiqlərinin'' maskaları yavaş - yavaş cırılır. Həm də özləri istəmədən.”

SİA xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Oqtay Hacımusalı Musayev “Facebook” sosial şəbəkədəki statusunda yazıb. Onun qeyd etdiyinə görə, düzdür, kiminsə ailədaxili münasibətlərinə qarışmaq bizim işimiz deyil amma, bu insanların illərlə bu taktikanı seçib Dövlət Başçısı, Onun ailəsi və ətrafı haqqında ağızlarına gələni danışdıqlarını göz önündə bulundursaq, bu gün Selcan Yağmurun açıqlamalarını İlahı ədalət adlandırmaq olar.

“Nə Əli Kərimli, nə də digər AXCP funksionerləri prinsipial mövqe nümayiş etdirməyiblər”

SİTAT: “Bir məsələni diqqətdə saxlamalıyıq: Zümrüd Yağmur kimi dəyərli bir yazarın və Selcan xanımın ailədaxili şiddətə məruz qalması elə-belə sıradan bir hadisə deyil. Selcan xanımın radikal müxalifət haqqında bu qədər ciddi ittihamlar səsləndirməsinin kökündə yatan məqam əslində radikal müxalifət adlanan bu qüvvələrin öz içindən çürüməsi ve bu insanlar arasında saxtakarlığın pik həddə çatmasıdır. Görünən odur ki, nə Əli Kərimli, nə də digər AXCP funksionerləri mitinqlərdə göründükləri kimi prinsipial mövqe nümayiş etdirməyiblər, ağsaqqallıq edib məsələnin bu həddə çatmasının qarşısını almayıblar. Nə işlərinə qalıb?! Daha ciddi problemlər var ortada. Məsələn, kimin daha çox qrant əldə edəcəyi. Ya da mühacir biznesi”.

“Görüm sizi radikal müxalifətdəki Elina üçün sinələrini yırtıb saçlarını yolanlar! Ortada real şiddət faktı var”

Jurnalistə görə, bu gün radikal müxalifətdə, xüsusilə AXCP-də elə bir mühit formalaşıb ki, şiddət və qəddarlıq yolverilən amil kimi qiymətləndirilir: “Onların nəzərində “ərdir da, həyat yoldaşına şiddət göstərə bilər, ya da qızını döyə bilər” kimi hallar adiləşib. Əsas odur ki, qrant mübarizəsində, ya da mühacir biznesində Əli Kərimlinin yanında olsun. Ona ''atmasın'', qalan məsələlərdə özü bilər. İndi isə bizə düşən “#SelcanÜçünSusma”maqdır. Bu məsələlərdə hamı dilə gəlməlidir ki, saxtakarların mifləri tez bitsin, maskaları tez cırılsın. O zaman bu yalançı millət qəhrəmanlarının xalqın qarşısına çıxıb ona dərs keçməyə üzleri olmayacaq! Görüm sizi Əli Kərimlinin trolları! Görüm sizi qadın hüquq müdafiəçiləri! Görüm sizi radikal müxalifətdəki Elina üçün sinələrini yırtıb saçlarını yolanlar! Ortada real şiddət faktı var. Və şiddət görən xanımlar da siyasi - ictimai həyatımızdadır! Cırın maskalarını! Fuad Qəhrəmanlının da, Əli Kərimlinin də! Onlar kimi digər bolşevik təfəkkürlü sözdə demokratların da! Hamısı yerini bilsin!”

Rövşən NURƏDDİNOĞLU