Paşinyan hakimiyyəti təzyiq göstərməkdə ittiham edilir

20 Sentyabr 2019 12:01 (UTC+04:00)

Köçəryanın cinayət işində Ermənistanın məhkəmə hakimiyyəti “təzyiqlə üzləşir”. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu vəkil Lusine Saakyan deyib.
Məlumatda qeyd olunur ki, ictimai hüquq müdafiəçinin sözlərinə görə, Robert Köçəryanın davam edən cinayət təqibi ilə əlaqədar olaraq, ikinci prezident həbsdə olan zaman, məhkəmə orqanları Ermənistanda ağır təzyiq altında qalmaqda davam edir.
Cümə axşamı keçirilən mətbuat konfransında Lusine Sahakyan hakim siyasi qüvvəni Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi üçün təkrar çağırışlarına görə tənqid edib. Onun sözlərinə görə, belə bir siyasət bir neçə ay əvvəl məhkəmələrin qarşısını kəsmək üçün keçirilən ictimai kampaniya ilə eyni məntiqə uyğundur. Saakyan hakim "Mənim addımım" partiyasının deputatlarını eks-prezidentə qarşı cinayət işində keçmiş hakimlərdən olan Aleksandr Azaryan və David Qriqoryana təzyiq göstərməkdə də ittiham edib.
Vəkilin dediyinə görə, onda elə bir təəssürat yaranıb, sanki, səlahiyyətlilər, məhkəmə işi açıldıqdan sonra onun hərəkətlərinə nəzarət edə bilməyəcəklərini yaxşı bildikləri səbəbindən Konstitusiya Məhkəməsinə qəsdən hücum ediblər.
"Mənim üçün ən başlıcası məhkəmə sisteminin yalnız bir işlə əlaqədar ciddi təzyiq altında olmasıdır" deyən Saakyan hökuməti "qanunun aliliyinə xas olmayan" hərəkətlərdə ittiham edib.