Ermənistan nümayəndəlikləri olduqca gərgindirlər

20 Sentyabr 2019 10:59 (UTC+04:00)

Beynəlxalq təşkilatların Ermənistan nümayəndəlikləri və xarici səfirliklərin Ermənistandakı nümayəndəlikləri olduqca çox gərgindirlər və Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr, eləcə də Konstitusiya Məhkəməsinin Robert Koçaryanın açıqlaması ilə bağlı qərarı kontekstində çox yükləniblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, onlar, əslində, hakimiyyətin Konstitusiya Məhkəməsinin qərarına reaksiyasından heyrətlərini belə gizlətmirlər. Onlarda belə bir narahatçılıq əmələ gəlib ki, görəsən, Paşinyan Avropa strukturlarında - Strasburqda, Avropa İnsan Hüquqları Məhkəməsində və ya, məsələn, Venesiya Komissiyasında bütün bunları, bu faktları necə təqdim edəcək, daha doğrusu, buna necə don geyindirəcək.
Yazıda həmçinin qeyd olunur ki, beynəlxalq strukturların nümayəndələri və xarici ölkələrin səfirliklərinin əməkdaşları daha çox ona görə mat qalıblar ki, Ermənistanm hakimiyyəti tərəfindən Konstitusiya Məhkəməsinə “hücum” məhz Venesiya Komissiyası ekspertlərinin Ermənistana səfəri ilə üst-üstə düşüb.