Ali Məclisin Sədri KİVDF-nin müşahidə şurasının üzvlərini təsdiq edib FƏRMAN

19 Sentyabr 2019 20:30 (UTC+04:00)

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq Fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub:

1. Hüseynli Ülvi Mötəbər oğlu-Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
2. Sultanova Mehriban Paşa qızı -“Şərq qapısı” qəzetinin baş redaktoru
3. Əliyev Rauf Feyzulla oğlu -“Şərq qapısı” qəzeti baş redaktorunun müavini
4. Canbaxşıyev Səməd Canbağış oğlu -Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru
5. Qənbərov Qafar Tahar oğlu -“Nuh yurdu” qəzetinin redaktoru