Tahir Rzayev: ""Əsrin müqaviləsi"nin böyük tarixi əhəmiyyəti var" ÖZƏL-MÜNASİBƏT

19 Sentyabr 2019 17:05 (UTC+04:00)

Əsrin müqaviləsi analoqu olmayan tarixi bir müqavilədir. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.

“Bu müqavilənin bağlanılması ilə Ulu Öndər Heydər Əliyev bir daha özünün uzaqgörən və müdrik siyasətçi olduğunu bütün dünyaya göstərdi. Həmin müqavilənin bağlandığı, imzalandığı şəraiti nəzərə alsaq, həqiqətən də əmin oluruq ki, bu tarixi bir hadisədir. Çünki, həmin vaxt ölkədə çox ciddi problemlər var idi. Qarşıdurmalar mövcud idi. Ölkə iqtisadiyyatı çökmüşdü. Ümummulli Lider Heydər Əliyev hakimiyyətə təzə gəlmişdi. Noyabr ayında dövlət çevrilişinə cəhd də oldu. Ondan sonra 1995-ci ildə mart hadisəsi baş verdi. Qruplaşmalar tam zərəsizləşdirilməmişdi. İş yerləri yox idi. Ölkədə xaos yaşanırdı. Belə bir vaxtda həmin o 7 ölkəni Azərbaycana cəlb eləmək, belə bir möhtəşəm müqviləyə imza atmaq müdriklik sevirdi, müdriklik tələb edirdi ki, Heydər Əliyev də bunu bacardı. Əsası da həmin o dövrdə beynəlxalq aləmin etimadını qazandı. Çünki, o dövrdə Azərbaycana da elə bir ümid yox idi ki, neft müqaviləsi bağlasınlar. Azərbaycana tamamilə qeyri-sabit, inkişafda olmayan bir ölkə kimi baxırdılar. Ancaq Ulu Öndər bu müqaviləni baqlamaqla sübut etdi ki, Azərbaycan irəliyə gedə bilər, Azərbaycanda sabitlik yarana bilər, Azərbaycanda inkişaf ola bilər. Ən böyük tarixi əhəmiyyəti budur ki, neft müqviləsinin bağlanılması ilə Azərbaycan iqtisadiyyatı dirçəlməyə başladı. Ondan sonra mərhələ-mərhələ çox ciddi layihələr həyata keçirildi. Neft kəmərlərinin çəkilişi və sair bundan sonra reallaşdırıldı. Azərbaycan qazı artıq Türkiyəyə gedib çıxır, Azərbaycan nefti artıq Avropanın enerji təhlükəsizliyini təmin edir. Neft müqaviləsinin bağlanması ilə Azərbaycan iqtisadiyyatı inkişafa başladı və məhz bugünkü bu yüksəliş, bu inkişaf Heydər Əliyev siyasətinin uğurla ölkə rəhbəri tərəfindən davam etdirilməsi ilə bağlıdır. Minlərlə məktəblər tikilik, xəstəxanalar istifadəyə verilir, yollar açılır, ölkədə ictimai-siyasi sabirlikdir. İnsanların sosial vəziyyəti yaxşılaşır, həyat şəraiti yaxşılaşır, pensiyalar, əmək haqları artırılır, iş yerləri açılır, ölkə tamamilə dəyişilir və bu gün bütün dünya Azərbaycanın inkişafına həsəd aparır. Nəinki yerli maliyyə orqanları, yerli icmaçılar, siyasətçilə, eləcə də dünyanın bir çox ölkə başçıları, beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən inkişafı yüksək qiymətləndirirlər. Sözsüz ki, bu o dövrdə bağlanmış neft müqaviləsinin, əsrin müqaviləsinin nəticələridir, onun töhvələridir. O, müqavilə olmasaydı əgər, biz ayaq üstə dayana bilməzdik. O, müqavilə olmasaydı əgər, digər sazişlər, müqavilələr bağlana bilməzdi, bu günkü uğurlar qazanıla bilməzdi. Ulu Öndər bunun öhdəsindən gəldi və bacardı. Çox sevindirici haldır ki, onun siyasəti bu gün davam etdirilir. Özü də uğurla davam etdirilir. Cənab Prezident bütün görüşlərində deyir ki, biz maddi kapitala sahibik, ancaq biz bu maddi kapitalı insan kapitalına çevirməliyik. Bizim əldə etdiyimiz gəlirlər, istər neftdən, istərsə də qeyri-neft sektorundan əldə etdiyimiz gəlirlər insanların rifah halının yaxşılaşdırılmasına yonəldilməlidir”, deyə Tahir Rzayev bildirib.