Canan Karatayı Nebahat Çehre ilə müqayisə etdilər

19 Sentyabr 2019 11:45 (UTC+04:00)

Türkiyəli professor Canan Karatayı aktrisa Nebahat Çehre ilə müqayisə edilməsi sosial mediada gündəm olub.

SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ikisinin 76 yaşında olmasına baxmayaraq, aktrisanın daha gənc görünməsi ilə bağlı karikaturalar çəkilərək paylaşılır.

Karatay və Çehre müqayisəli şəkillərə münasibət bildiriblər.

Professor paylaşımlara güldüyünü deyib. "Nebahat xanım, çox dəyərli sənətçidir. Həm də Türkiyə gözəlidir. Bu müqayisələrə əsəbləşmirəm, əksinə əylənirəm" deyə, o bildirib.

Aktrisa isə öz növbəsində bu cür paylaşımlardan utandığını dilə gətirib:"Canan həkimə hörmətim sonsuzdur. Həyatını elmə həsr etmiş çox dəyərli professordur. Bu cür müqayisələri gördükdə utanıram. Mənim sirrim düzgün qidalanma və idmandır".

Qeyd edək ki, C.Karatay pəhrizi ilə çox sayda insan arıqlayaraq sağlamlığına qovuşub.