Birinci turun ən yaxşı oyunçuları açıqlanıb UEFA Çempionlar Liqası

19 Sentyabr 2019 10:31 (UTC+04:00)

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

SİA-nın məlumatına görə, qrup mərhələsinin birinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına norveçli Erlinq Braut Haalland (“Zaltsburq”, Almaniya), almaniyalı qapıçı Mark Ter Şteqen (“Barselona”, İspaniya), argentinalı yarımmüdafiəçi Anxel Di Maria (“Paris Sen-Jermen”, Fransa) və xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Mislav Orsiç (“Dinamo Zaqreb”, Xorvatiya) iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.