Deputata qarşı sui-qəsd olub - Ölənlər var

19 Sentyabr 2019 09:44 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Məlumata görə, partlayış yerli deputat Əbdüqadir Arabounun avtomobili yaxınlığında olub.

Məlumata əsasən, partlayış nəticəsində deputatın sürücüsü və mühafizəçisi həlak olublar.

Qeyd edilir ki, Ə.Arabou partlayış nəticəsində xəsarət almayıb.