“British Airways” şirkətinin pilotları əvvəlcədən təyin edilmiş tətili dayandırdıqlarını açıqlayıblar

19 Sentyabr 2019 03:06 (UTC+04:00)

“British Airways” şirkətinin pilotları sentyabrın 27-nə təyin edilmiş 3-cü tətili dayandırdıqlarını açıqlayıblar.

SİA xəbər verir ki, ötən həftə keçirilən iki günlük tətil aviaşirkəti demək olar ki, bütün uçuşlarını ləğv etməyə məcbur edib.

“Balpa” adlanan pilotlar birliyindən verilən məlumata görə, sentyabrın 9 və 10-da edilən tətillər pilotların qəzəbini və qətiyyətini yetərincə göstərib. Birlik mübahisəyə son qoymaq üçün “British Airways”in yanaşmasını dəyişəcəyini və ciddi şəkildə danışıqlar aparacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, aviaşirkət pilotların tətili səbəbindən 1500 reysi ləğv edib.