Qazaxıstanın yeni XİN rəhbəri təyin olunub

18 Sentyabr 2019 20:18 (UTC+04:00)

Qazaxıstanın xarici işlər naziri vəzifəsinə Muxtar Tleuberdi təyin olunub. “Report” “QazAkparat”a istinadən xəbər verir ki, bu barədə Ağordanın (Akorda - prezident administrasiyası) Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, M.Tleuberdi 2016-cı ilin mart ayından xarici işlər nazirinin birinci müavini işləyirdi.