Noyer Almaniya millisini tərk edir?

18 Sentyabr 2019 21:33 (UTC+04:00)

“Bavariya"nın qapıçısı Manuel Noyer milli karyerasını başa vurmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı qolkiper AVRO-2020-dən sonra Almaniya yığmasından getməyi düşünür.

Onun "Barselona"lı həmkarı Mark-Andre ter Ştegenin sözlərindən məyus olduğu və bu üzdən ayrılmaq qərarına gəldiyi bildirilir. Qeyd edək ki, Manuel Noyer 2009-cu ildən Almaniya yığmasının əsas qapıçısıdı.