Daha dörd güləşçimizin rəqibi müəyyənləşib

18 Sentyabr 2019 16:57 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start veriləcək. SİA-nın məlumatına görə, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Qadın güləşi

62 kq
1/16 final - Elmira Qəmbərova - Krişta Tunda İnçe (ROU)

68 kq
1/16 final - İrina Netreba - Yuvette Zie (BUR)

Sərbəst güləş

57 kq
Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (KGZ)

65 kq
Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (RUS)