Rüsvayçı erməni ikiüzlülüyü

18 Sentyabr 2019 16:27 (UTC+04:00)

...yoxsa Moskvaya yaltaqlanmaq cəhdi

Ermənistan BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş ərazilərinin müzakirəsinə qarşı çıxan ölkələrə qoşulub. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistandan əlavə Belarus, Burundi, Boliviya, Venesuela, Zimbabve, İran, Qazaxıstan, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Rusiya və Serbiya bu təşəbbüsün əleyhinə səs veriblər. BMT-yə üzv olan digər dövlətlərin əksəriyyəti isə lehinə səs veriblər və məsələ təbii olaraq gündəmə daxil edilib. Plenar iclasda Ermənistanın yuxarıda göstərilən qətnaməyə necə səs verəcəyini proqnozlaşdırmaq da olar.

Məlum olur ki, Ermənistanın xarici siyasət gündəliyində və prioritetlərində iddia olunan daxili həyatı ilə paralel olaraq heç bir dəyişiklik yoxdur. Əvvəlki hakimiyyətin hökmü altında olan Ermənistan indi də Rusiyanın iradəsi ilə səs verir və sivil dünyanın məntiq və qaydalarından imtina edərək ikiüzlülük, Moskvaya yaltaqlanmaq taktikasını davam etdirir.

Hətta erməni politoloqları özləri də etiraf edirlər ki, Ermənistan tərəfi hələ də Rusiyaya yaltaqlanmaqla rusvayçı ikiüzlülük və anti-Ermənistan siyasətini davam etdirir.