35 miqrantı saxlanılıb

18 Sentyabr 2019 09:11 (UTC+04:00)

Türkiyənin Aydın vilayətinin Söke rayonu ərazisində polisə tabe olmayan mikroavtobus zorla saxlanılıb. SİA xəbər verir ki, araşdırma zamanı mikroavtobusda qanunsuz yolla ölkəyə daxil olmaq istəyən 35 qaçqının olduğu məlum olub.

Qaçqınlar yerli miqrasiya idarəsinə təhvil verilib. Faktla bağlı 6 nəfər şübhəli qismində saxlanılıb.